Hökumətin iclasında çıxışı zamanı Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan qeyd edib ki, hərbi hissələrdən birində baş verən yanğına səbəb yanacaqdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması olub.

Leqal.info xəbər verir ki, Kərəmyan eyni zamanda bildirib ki, “2 və daha çox insanın ölümünə səbəb olan” və ətrafdakılar üçün təhlükə yaradan materialların istifadəsi qaydalarının pozulması” üzrə cinayət işi başlanıb.
Kərəmyanın sözlərinə görə müstəntiqlər hadisənin olduğu ərazidə araşdırma aparır və ilkin məlumatlara görə, hərbçilərin istilik sobasını benzinlə yandırmağa cəhd etməsi zamanı yanğın baş verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan iclas zamanı vurğulayıb ki, qaydalara əsasən Ermənistan Silahlı Qüvvələrində soba yandırmaq üçün benzindən istifadə yolverilməzdir.
Paşinyanın sözlərinə görə hərbi hissədə baş vermiş yanğınla bağlı məsuliyyət daşıyanların hər birinə qarşı sərt cəzalar tətbiq olunacaq və hər hansı bir güzəşt qətiyyən olmayacaq.
Leyla Kamil
Leqal.info