Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiası üzrə Moskva şəhər məhkəməsində Rusiyanın hüquq müdafiəsi təşkilatı olan Moskva Helsinki Qrupunun ləğv edilməsi məsələsinə baxılıb və məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edib.

Leqal.info xəbər verir ki, Ədliyyə Nazirliyinin iddiasına əsasən, Moskva Helsinki Qrupu Moskva regionunun xaricində fəaliyyət göstərməklə ictimai birliklər haqqında qanunu pozub, eyni zamanda təşkilatın nizamnaməsinin qanunun mövcud tələblərinə cavab verməyib.
Qeyd edək ki, Moskva Helsinki Qrupu 1976-cı ildə Sovet İttifaqı dövründə təsis olunub.
Leyla Kamil
Leqal.info