Britaniyada nazir vəzifəsindən azad edilib.

Leqal.info xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının sədri Nadim Zahaviyə göndərdiyi məktubda vergi skandalına görə müstəqil tədqiqatdan sonra Zahavini nazir vəzifəsindən azad etdiyini qeyd edib.

“Mən ötən il baş nazir olanda rəhbərlik etdiyim hökumətin bütün səviyyələrdə dürüst, hesabatlı və peşəkar olacağı barədə söz vermişdim. Məhz buna görə də, son zamanlarda sizin özəl maliyyə işləriniz və bəyannamələrinizlə əlaqədar yeni məlumatların meydana çıxmasından sonra mən nazirlərin maraqlar üzrə müstəqil müşaviri Lori Maqnusdan bu məsələni diqqətlə tədqiq etməyi xahiş etdim.
Siz istintaqla tam əmədaşlığa razı oldunuz. Müstəqil müşavirin hər ikimizə bildirdiyi tədqiqatı sona yetdikdən sonra aydın olur ki, bu, nazirliyin davranış kodeksinin əhəmiyyətli şəkildə pozulmasıdır. Sonda sizi hökumətdəki vəzifənizdən uzaqlaşdırmaq qərarına gəldiyimlə bağlı məlumatlandırıram”-məktubda qeyd edilir.
Leyla Kamil
Leqal.info