“Ukrainskaya pravda” Ukraynada müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalov və başqa 2 məmura müdafiə sahəsində korrupsiya faktı ilə bağlı cinayət işi açılması barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Ukraynada müdafiə nazirinin keçmiş müavini ilə birlikdə, Nazirliyin dövlət satınalmaları departamentinin direktoru Boqdan Hmelnitski və “Promoboroneksport” dövlət müəssisəsi sədrinin sabiq müavini Vladimir Tereşenko da ittiham olunub.
Ukrayna ordusunun müxtəlif müdafiə vasitələri, həmçinin zirehli jiletlərlə təminat olunması zamanı yeyintilərə yol verməkdə təqsirləndirilən Müdafiə Nazirliyinin rəsmiləri ümumilikdə 27 milyon dollar yeyintidə ittiham olunurlar.
Leyla Kamil
Leqal.info