Avropa Parlamenti Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən qətnamə qəbul edib.

Leqal.info xəbər verir ki, Rusiyanın hərbi əməliyyatları dərhal dayandırmasının, həmçinin qoşun və texnikasını Ukraynadan çıxarmasının vacibliyi qeyd olunan qətnamədə, eyni zamanda Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dəstək vurğulanıb.
Ukraynanın yenidənqurulmasına dəstəyin əks olunduğu sənəddə Kiyevə hərbi yardımın çoxaldılmasının vacibliyi ilə birlikdə, parlamentarilərin Aİ-yə üzv ölkələrin zirehli transportyorlar və zirehli döyüş maşınları, müdafiə sistemləri və döyüş sursatları vermək qərarını dəstəklədikləri qeyd olunub.
489 deputatın qətnamənin leyhinə, 36 deputatın əleyhinə səs verdiyi, 49 deputatın isə bitərəf qaldığı bildirilib.
Leyla Kamil
Leqal.info