Aİ Ukraynadakı münaqişəyə qarışmır və silahlı münaqişənin tərəflərindən birinə çevrilmək istəmir, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

Leqal.info xəbər verir ki, siyasətçi etiraf edib ki, Aİ Ukraynaya hərbi yardım edir.

Borrell qeyd edib ki, Ukraynada münaqişə 2014-cü ildə başlayıb və Avropa İttifaqı sona qədər bundan yayınmağa çalışıb.

Avropa diplomatiyasının rəhbəri daha əvvəl bildirmişdi ki, Aİ artıq Kiyevə ümumilikdə 10 milyard avro məbləğində hərbi yardım edib. Buna Avropanın Ukraynaya verdiyi bütün maliyyə dəstəyini də əlavə etsək, 50 milyard təşkil edib.
Elvin Mahmudlu
Leqal.info