Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ nəticəsində bu günə kimi 120 polis əməkdaşının həyatını itirdiyini açıqlayıb.

Leqal.info xəbər verir ki, Daxili işlər naziri kimliyi müəyyən olunan 32 jandarma qüvvəsinin də həlak olduğunu qeyd edib.
Süleyman Soylu, eyni zamanda dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb.
“AFAD mütəmadi olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından xilas olunanların sayı da göstərilir. Olduqca böyük əməliyyat keçiririk. Axtarış-xilasetmə daxil, qidalanma, maddi-texniki ləvazimatın, yardımların toplanması kimi eyni vaxtda çoxlu iş görməyə çalışırıq.
Elnurə Fərhadqızı
Leqal.info