Rusiya Xarici Kəşfiyyat Xidməti (RXKX) ABŞ-ın Rusiya və başqa MDB ölkələrində terror aktları üçün “İŞİD” və “Əl-Qaidə” ilə bağlı olan cihaçıları fəal şəkildə əməkdaşlığa cəlb etdiyini bildirib.

“Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara əsasən, ABŞ ordusu Rusiya ərazisində və MDB ölkələrində terror aktlarını həyata keçirmək məqsədilə “İslam Dövləti” “Əl-Qaidə” ilə bağlı cihadçılardan olan silahlıları fəal şəkildə əməkdaşlığa cəlb edir. Rusiyanın Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən vətəndaşların əməkdaşlığa cəlb olunmasına diqqət yetirilir”, -RXKX-nın məlumatında əks olunub.
Məlumatda, həmçinin ABŞ-ın Rusiya və MDB ölkələrində terror aktları üçün 60 silahlını seçdiyi və terrorçulara Suriyadakı Əl-Tanf bazasında təlimlər keçirildiyi vurğulanıb.
Elnurə Fərhadqızı
Leqal.info