Yəmənli ictimai fəal, Nobel Sülh Mükafatı laureatı Təvəkkül Karmanın rəhbərlik etdiyi “Tawakkol Karman Foundation” Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün 50 ev tikəcəklərini bildirib.

Leqal.info xəbər verir ki, Yəməndə “Belqees” TV-yə müsahibə verən zaman tikiləcək evləri yəmənlilərin Türkiyə ilə həmrəyliyinin nişanəsi olduğunu deyən Təvəkkül Karman binaların AFAD-ın vasitəsilə tikiləcəyini də qeyd edib.
Qeyd edək ki, yəmənli jurnalist, siyasətçi, həmçinin uzun müddət Əl-İslah Partiyasının üzvü olan Təvəkkül Karman 2005-ci ildə əsası qoyulmuş “Zəncirsiz Jurnalistlər” qrupunun həmtəsisçisidir. 2012-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib və Təvəkkül Karman adını qazanıb.
Leyla Kamil
Leqal.info