Türkiyədə səfərdə olan NATO Baş kitabı Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə konfransında Quranın yandırılmasını utancverici hərəkət hesab etdiyini dilə gətirib.

“Quranın yandırılmasının Türkiyədə çox ciddi reaksiyalara səbəb olması haqqında məlumatım var və bu reaksiyaları anlayışla qarşılayıram. Şəxsən bu cür müqəddəs kitabın yandırılmasını utancverici əməl hesab edirəm. Türkiyədəki və dünyadakı müsəlmanların qəzəbini anlayıram və buna görə də bu addımı qınayıram. Eyni zamanda İsveç hökumətinin bu və buna bənzər əməllərin qarşısını almasının vacib olduğunu düşünürəm. İsveç hökumətinin və Baş nazirinin bu addımları qınaması müsbət haldır”, - Stoltenberq qeyd edib.
Elnurə Fərhadqızı
Leqal.info