“Resmi gazete”də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 ölkəyə yeni səfir təyin etdiyi barədə qərar dərc olunub.

Leqal.info xəbər verir ki, Hicabi Kırlanqıçın İrana, Murat Karagözün Portuqaliyaya, Ufuk Ekicinin Anqolaya, Osman Koray Ertaşın Böyük Britaniya və İrlandiyaya, Berk Baranın Efiopiyaya, Mustafa Kapucunun isə Qazaxıstana səfir təyin edildiyi bildirilib.
Elvin Mahmudlu
Leqal.info