Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstan XİN rəhbəri Peter Siyarto ilə birgə mətbuat konfransında İsveç, Türkiyə və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı danışıqların martın 9-da həyata keçiriləcəyini bildirib.

Leqal.info xəbər verir ki, Mövlud Çavuşoğlunun sözlərinə əsasən, İsveç, Türkiyə və Finlandiya təmsilçiləri sözügedən tarixdə NATO mənzil-qərargahında görüşəcək.
Elvin Mahmudlu
Leqal.info