Keniyanın qərbindəki Kissi vilayətində keçirilmiş futbol matçı zamanı stadiona ildırım düşüb, iki futbolçu həyatını itirib.

Leqal.info xəbər verir ki, bu barədə “Citizen TV Kenya” məlumat yayıb.

Hadisənin “Manyansi” və “Gianchore” futbol klubları arasındakı qarşılaşma zamanı baş verməsi qeyd olunub. İldırım vurması nəticəsində, həmçinin iki futbolçu da xəsarət alıb və Nyamira xəstəxanasına yerləşdirilib.

Leyla Kamil
Leqal.info