Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində güclü sel baş verib.

Leqal.info xəbər verir ki, bu barədə yerli NTV kanalı məlumat yayıb.

Adıyamanda baş verən sel konteyneri aparıb, 1 nəfər həyatını itirib, 4 nəfər itkin düşüb.
Şanlıurfa bölgəsində baş verən sel nəticəsində isə 4 nəfərin öldüyü bildirilib.

Elvin Mahmudlu
Leqal.info