Finlandiya Prezidenti Sauli Niinistö Türkiyənin güclü zəlzələdən əziyyət çəkmiş bölgəsinə səfər edib.


Leqal.info xəbər verir ki, bu haqda Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün mən Türkiyənin cənub-şərqində Kahramanmaraşda oldum. Zəlzələlərin yaratdığı dağıntıların ortasında xilasedicilər və yardım işçiləri olduqca mühüm işlər görürlər. Finlandiya zərər çəkənlərə kömək etmək üçün humanitar və ekspert yardımı göstərməkdə davam edir",- Prezident Niinistö bildirib.

Leqal.info