İsveç-İran ikili vətəndaşlığı olan “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaab edam edilib.


Leqal.info ISNA-ya istinadən xəbər verir ki, onun ölüm hökmü bu səhər icra olunub.

“Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın lideri Çaabın 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçirməkdə ittiham olunduğu bildirilib. Bu hadisələrdə 450-dən artıq İran vətəndaşının öldüyü qeyd olunub.

Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri 2020-ci ildə İsveçdə yaşayan Həbib Çaabı Türkiyədə həbs edərək Tehrana aparıb. Çaab vəkilinin iştirakı ilə keçirilən bir neçə məhkəmə iclasından sonra ölüm hökmünə məhkum edilib. İsveç hökuməti məhkəmənin qərarını pisləyərək ona verilən edam hökmünə kəskin etirazını bildirmişdi.

Leqal.info