Əhvaz İnsan Hüquqları Təşkilatı İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsinin Şeyban həsxanasında olan 6 ərəb siyasi məhbus haqqında edam hökmü verilməsi barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, hesabata əsasən, Əli Məcdam, Salem Musəvi, Adnan Musəvi, Moin Xanfari, Həbib Dries, Məhəmməd Rza Müğəddəm edam cəzasına məhkum olunub.
Həmçinin Şeyban həbsxanasında olan İranın başqa 6 ərəb vətəndaşının 5 ildən 35 ilə kimi azadlıqdan məhrum edilməsi də məlumatda qeyd olunub.
Leyla Kamil
Leqal.info