Leqal.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Sudanda Həkimlərin Həmkarlar İttifaqına istinadən məlumat yayıb.
Məlumata görə, xəsarət alanların sayı 3 531 nəfərə çatıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib və Xartuma aviazərbələr endirilməsi ən azı iki saat davam edib.
Leyla Kamil
Leqal.info