ABŞ-ın Texas ştatında atışma baş verib.

Leqal.info xəbər verir ki, bu barədə yerli polis orqanı “Twitter”-də paylaşım edib.

Hadisə 11 iyun gecə saat 02.11 radələrində Hyuston şəhərində “Tabu” gecə klubunun dayanacağında baş verib. Naməlum şəxs dayanacağı atəşə tutub. Nəticədə 6 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info