Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

Leqal.info xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə əsasən, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Şəhərin MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulduğu bildirilib.

Həmçinin ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Elvin Mahmudlu
Leqal.info