Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" Özəl Şirkətinin silah və texnikası haqqında yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 2 mindən artıq texnika və silah, habelə yüzlərlə tank, "Qrad" reaktiv yaylım atəşi qurğusu, "Uraqan", "Pantsir" hava hücumundan müdafiə sistemi, özüyeriyən artilleriya qurğuları, zirehli personal daşıyıcıları və s. “Vaqner” tərəfindən MN-ə təhvil verilib.
"Bundan başqa, iki yarım min tondan çox müxtəlif döyüş sursatları və 20 minə yaxın atıcı silah da təhvil alınıb. Bütün texnika və silahlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin təmir-bərpa bölmələrinin texniki qulluq və istifadəyə hazırlığını həyata keçirdikləri arxa cəbhə rayonlarına çatdırılır", deyə məlumatda əks olunub.
Elvin Mahmudlu
Leqal.info