Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti dəfə respublikaya rəhbərlik etmək istəyir.

Leqal.info xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. Ola biləcək istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Kadırov heç kimin onun yerinə adam axtarmadığını və respublikanın xeyri üçün bundan sonra da işləməyə hazır olduğunu söyləyib. Şayiələri "təxribatçılar"ın yaydığını və onların məqsədinin regionda sabitliyi pozmaq və Çeçenistan rəhbərliyini nüfuzdan salmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, iyulun 3-də Ramzan Kadırov məzuniyyətə getdiyini açıqlayıb. Onun səlahiyyətlərini baş nazir Müslüm Xuçiyev yerinə yetirir.

Elvin Mahmudlu
Leqal.info