Kamerunun Duala şəhərində binanın uçması nəticəsində azı 12 nəfər ölüb.

Leqal.info xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən məlumat yayıb.

Onların sözlərinə əsasən, daha beş nəfərin vəziyyəti ağırdır.

AFP-nin məlumatına görə, hadisə şənbədən bazara keçən gecə olub. Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.

Hadisənin səbəbi barədə məlumat yoxdur.

Leyla Kamil
Leqal.info