Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-ların hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edildiyi bildirilib.

Hücum nəticəsində itki və dağıntı qeydə alınmayıb.

Elvin Mahmudlu
Leqal.info