İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 161 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Leqal.info