HAMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb.

Leqal.info "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Qəzzada HAMAS-a bağlı media orqanları məlumat yayıb.

Bildirilib ki, HAMAS-ın həmtəsisçisi Əbdül Əziz ər-Rantisinin həyat yoldaşı və təşkilatın siyasi bürosuna seçilən ilk qadın Cəmilə əl-Şanti İsrailin hava hücumunda öldürülüb.

Qeyd olunub ki, o bu gün səhər saatlarında ölüb.

Əl-Şanti 2021-ci ildə HAMAS-ın ən yüksək qərar qəbuledici orqanı olan siyasi bürosuna seçilən ilk qadındır.
Onun həyat yoldaşı Rantisi 2004-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülüb.

Leyla Kamil
Leqal.info