Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin növbəti gərginləşməsindən sonra İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 4 651 nəfərə çatıb.

Leqal.info xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Həlak olanlardan 1 873 nəfəri uşaq, 1 023 nəfəri qadın, 187 nəfəri yaşlıdır.

Yaralıların sayı 14 245 nəfərdir.

Leqal.info