İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 8525 nəfərə yüksəlib.

Leqal.info xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Qudra bildirib.

Məlumatda, eyni zamanda qeyd olunub ki, Qəzzaya endirilən zərbələrdən 3542 nəfər uşaq, 2187 nəfər qadın həyatını itirib. Yaralananların sayının isə 21543 nəfər olduğu bildirilib.

Qeyd edək ki, HAMAS-ın İsrailə hücumu nəticəsində 1538 nəfərdən artıq israilli həlak olub.

Leyla Kamil
Leqal.info