Leqal.info xəbər verir ki, bu barədə İsrail hökumət rəhbəri müraciətində bildirib.
"Biz çətin müharibədəyik. Bu, uzun bir müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz, həm də ağrılı itkilərimiz var. Bilirik ki, əsgərlərimizin hər biri ayrıca bir dünyadır. Bütün İsrail xalqı sizi, ailələrinizi ürəkdən qucaqlayır. Belə kədərli bir zamanda hamımız sizinləyik. Əsgərlərimiz müharibədə, evimiz uğrunda gedən müharibədə həlak olublar. Sizə İsrail vətəndaşlarına söz verirəm: İşi başa çatdıracağıq. Qələbəyə kimi davam edəcəyik", Netanyahu diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün son rəsmi açıqlamaya görə, İsrail Qəzzada quru əməliyyatlara başladığı 27 oktyabrdan bu günə kimi 12 İsrail əsgəri həlak olub.
Leyla Kamil
Leqal.info