Sivil dünya nasistlərə, İŞİD-ə qarşı birləşdiyi kimi, HAMAS-ı da məğlub etmək üçün birləşməlidir.

Leqal.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə birgə media qarşısında çıxışında deyib.

Netanyahu İsrailin “bölgədə və dünyada sülh və təhlükəsizlik üçün HAMAS-ı məğlub edəcəyini” qeyd edib.

Netanyahu bildirib ki, Bayden müharibə zamanı onun ölkəsinə səfər edən ilk ABŞ prezidentidir və o, bunu "təsirli" adlandırıb: “Bu, sizin İsrailə olan şəxsi sədaqətinizin dərinliyindən xəbər verir. Bu, yəhudi xalqının və yeganə yəhudi dövlətinin gələcəyinə şəxsi öhdəliyinizdən xəbər verir”.

İsrail Baş naziri ABŞ liderinə “görünməmiş əməkdaşlıq, dəstək və mövqeyinə görə” təşəkkür edib: “Bu gün buraya gəldiyiniz üçün və bu çətin anlarda İsrailə verdiyiniz birmənalı dəstəyə görə, Amerika xalqının böyük iradəsini əks etdirən dəstəyə görə, sizə təşəkkür etmək istəyirəm. Biz bu müharibənin başlanğıcından bəri hər gün sizin dəstəyinizi görürük”.

Netanyahu Baydenə İsraili özünü müdafiə etmək üçün lazım olan vasitələrlə təmin etdiyinə və İsrailin düşmənlərinə bu ölkənin qətiyyətini sınamamaq üçün göndərdiyi aydın mesaja görə də minnətdarlığını bildirib.

Leyla Kamil
Leqal.info