Leqal.info xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda Hava-desant qüvvələri bölməsinin komandir müavini, kapitan Şlomo Ben Nun HAMAS döyüşçüləri tərəfindən öldürülüb.
Bundan başqa, qeyd olunub ki, Qəzza zolağının şimalında gedən döyüşlərdə 2 hərbçi yaralanıb, onlar xəstəxanada müalicə almaq üçün ərazidən təxliyə edilib və ailələrinə məlumat verilib.
Leyla Kamil
Leqal.info