İsrail ordusu ötən gün Qəzzada 8 hərbçi itirib.

Leqal.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail ordusunun Qəzzada həyata keçirdiyi yerüstü əməliyyatlar zamanı HAMAS döyüşçüləri tuneldə partlayıcı qurğunu işə salıb. Yaralı İsrail hərbçiləri xilas olunan zaman ikinci partlayış baş verib.

Eyni zamanda qeyd olunub ki, bununla da HAMAS- İsrail münaqişəsi gərginləşəndən indiyə kimi ölən israilli əsgər və zabitlərin sayı 442 nəfərə çatıb.

Leqal.info