Ermənistanda mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər xəsarət alıb.

Leqal.info “news.am”-a istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 12.00-da Tavuş vilayətində İcevan-Göyçə-İrəvan yolunda “QAZel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Toqquşmadan sonra “QAZel” aşıb və yol qismən bağlanıb.

Qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib.

Leqal.info