Ağcabədidə yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ"2106 markalı “10 EZ 848” markalı avtomobil idarəetməni itirərək qarşıdan gələn "Hyundai Elentra" markalı “99 TN 592” dövlət nömrəli avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"-ın sürücüsü ağır bədən xəsarəti alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info