Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə saat 11 radələrində Zaqatala şəhər ərazisində Tala çayı üzərində tikilmiş Asma körpünün girişində baş verib.

Hərəkətdə olan "VAZ 2106" markalı və "Opel" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info