“Leqal.info” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki açıqlayıb.
Onun sözlərinə görə, ölkə ərazisinin 66%-i və əhalinin 71%-i seysmik risk zonasındadır.
Bildirilir ki, o bu barədə parlamentdə nazirliyin 2024-cü il üçün büdcəsinin müzakirəsi zamanı danışıb. Türkiyəli nazir qeyd edib ki, nazirlik İstanbulun mümkün zəlzələ hadisəsinə hazırlığı çərçivəsində yol xəritəsi hazırlayıb: “Yol xəritəsi 5 il ərzində 1,5 milyon tikintinin bərpasını nəzərdə tutur”.
Xatırladaq ki, fevralın 6-cı Türkiyənin cənub-şərqində 7,6 və 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriyada da hiss edilib. Rəsmi məlumata görə, hadisə zamanı 17 mindən çox insan həlak olub. Fevralın 20-si iki ölkənin sərhədində yenidən zəlzələ baş verib. BMT ümumi zərərin 100 milyard dolları ötə biləcəyini bildirmişdi.
Leqal.info