Leqal.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Sülh üzrə yekun danışıqlar davam edir, ancaq buna cahillik və ya axmaqlıq mane olmasa”, - o bildirib.
Tramp İranın blokadasının qaldırılması üçün əsas şərtin yekun sazişin əldə olunması olduğunu vurğulayıb.
“Blokada “Yekun saziş” əldə olunana qədər qüvvədə qalacaq və tam şəkildə tətbiq ediləcək. İşlərin sürətlə irəliləməsi gözlənilir”, - ABŞ lideri vurğulayıb.
Leqal.info