Filippinin cənubunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

Leqal.info xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib.

Məlumata əsasən, 200-dən çox yaralı var, daha 7 nəfər itkin düşmüş hesab olunur.

Leqal.info