İsrail Müdafiə Qüvvələri (IDF) ötən həftə ərzində Qəzzada 200-dən artıq HAMAS döyüşçüsünü ələ keçirib.

Leqal.info "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə IDF və Şin Bet (Milli Təhlükəsizlik Xidməti) birgə bəyanat yayıb.

Bildirilib ki, son bir həftədə Qəzza zolağında 200-dən artıq HAMAS və Fələstin İslami Cihad döyüşçüsü ələ keçirilib və onlar sorğu-sual olunmaq üçün İsrailə gətirilib.

Ələ keçirilən HAMAS və İslami Cihad əməliyyatçılarından bəzilərinin mülki əhalinin içərisində gizləndiyi və sonradan qoşunlara təslim olduğu bildirilir.

IDF bildirir ki, quru hücumu başlayandan indiyə kimi 700-dən artıq yaraqlı əsir götürülərək İsrailə gətirilib.

Leqal.info