Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin hazırkı mərhələsində quru qoşunlarının prioritet vəzifələrini sadalayıb.

Leqal.info xəbər verir ki, o, bu barədə “The Economist” nəşrinə müsahibəsində bildirib.

"Şərqi müdafiə etmək, Ukraynanın bu çox mühüm şəhərlərini, şərqini və cənubunu, Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək", - Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin uğurunun sürəti Qərb tərəfdaşlarının Ukraynaya göstərəcəyi hərbi yardımdan asılı olacaq.

O, Kerç körpüsünü dağıtmaq və Krım yarımadasının Rusiya ilə əlaqəsini kəsmək üçün Ukrayna qüvvələrinə “Taurus” raketlərinin verilməsini istəyib.

Həmçinin prezidentin sözlərinə əsasən, Ukraynanın strateji məqsədi ölkəni ilkin sərhədlərinə qaytarmaqdır.

Leqal.info