Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurub.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 12.30 radələrində Ukrayna ordusunun Rusiya ərazisindəki hədəflərə qarşı Neptun gəmi əleyhinə raketindən istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

"Ukrayna raketi Qara dənizin şimal-qərb hissəsində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Leqal.info