İsrail ordusu Qəzzada gedən döyüşlərdə yüksək rütbəli zabitini itirib.

Leqal.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces - İDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının mərkəzində HAMAS ilə döyüşlərdə İsrail ordusunun 24 yaşlı zabiti - mayor Den Videnbaum həyatını itirib.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (Iron swords) əməliyyatına başladığını bəyan edib. Hərbi əməliyyatlar 99 gündür davam edir.

Leqal.info