Rus ordusu Kupyansk-Svatovo-Kremennaya xətti ilə irəliləyərək Svatovodan 20 km şimal-qərbdə yerləşən Kroxmalnoye kəndini tutublar.

Leqal.info xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. Geolokasiya görüntüləri rus əsgərlərinin Kupyansk və Kremennaya bölgələrində irəlilədiyini göstərdi. Bundan başqa, Kupyanskın şimal-şərqində Sinkovka və Petropavlovka bölgələrində mövqe döyüşləri davam edir.

Analitiklərin fikrincə, Rusiyanın 1-ci Qvardiya Tank Ordusunun (Qərbi Hərbi Dairə (ZVO)) bölmələri Kupyansk istiqamətində, 20-ci Əlahiddə Ordusunun (ZVO) bölmələri isə Liman istiqamətində irəliləyir.

Leqal.info