İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 27 mini ötüb.

Leqal.info xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında 27019 fələstinli həlak olub, 66139 fələstinli yaralanıb.

Xatırladaq ki, keçən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən artıq israilli qətlə yetirilib, 240-dan artıq israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Leqal.info