Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 23708-ə yüksəlib.

Leqal.info xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata əsasən, yaralananların sayı isə 60005 nəfərdir.

Səhiyyə qurumu bildirib ki, son 24 saat ərzində İsrailin zərbələri nəticəsində 151 fələstinli ölüb, 248 nəfər yaralanıb. Təxminən 7000 nəfərin dağıntılar altında itkin düşdüyü və öldüyü ehtimal edilir, ancaq onlar rəsmi ölənlərin sayına daxil edilmir.

Xatırladaq ki, keçən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən artıq israilli qətlə yetirilib, 240-dan artıq israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Leyla Kamil
Leqal.info