Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 22600-ə yüksəlib.

Leqal.info xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata əsasən, yaralananların sayı isə 57910 nəfərdir.

Xatırladaq ki, keçən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən artıq israilli qətlə yetirilib, 240-dan artıq israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Leqal.info