Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində neft bazasına dron hücumu olub.

Leqal.info xəbər verir ki, vilayətin Qubkinski şəhər dairəsində infrastruktur obyektində partlayış və yanğın baş verib.

Belqorod vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi Qubkinski və Starooskolski şəhər dairələrində raket təhlükəsi elan edib.

“Raket təhlükəsi. Mümkünsə evdə qalın. Pəncərələrə yaxınlaşmayın”, - deyə FHN qərargahından bildirilib.

Həmçinin qeyd olunub ki, Qubkinski şəhər dairəsində yerləşən neft bazasına dron hücumu zamanı bir neft çəni zədələnib, yanğının yayılması təhlükəsi yoxdur, ölən və yaralananlar olmayıb.

Leqal.info