Türkiyədə iki avtobus toqquşub, 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Qəza ölkənin Bartın bölgəsində qeydə alınıb. İşçiləri daşıyan bir mikroavtobus digər servis avtobusu ilə toqquşub. Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Leqal.info