Bakıda sərnişin avtobusu avtomobillə toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Sabunçu rayonunda, hava limanı istiqamətində qeydə alınıb.

Sərnişin avtobusu ilə “Hyundai” markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info