Rusiya qüvvələri Kiyevə iki ballistik raket atıb.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk "Telegram" kanalında yazıb.

"Səhər saat 10:30 radələrində düşmən müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum edib".

O qeyd edib ki, Ukraynanın hava qüvvələri bu hücumu zərərsizləşdirib.

"Ukrinform"un məlumatına əsasən, Rusiya raketlərinin parçaları Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda Rusiyanın raket hücumu nəticəsində 4 nəfər yaralanıb.

Leqal.info